Sevgi Haqqında məlumat Sevgi Haqqında məlumat
Sevgi Haqqında məlumat
0


Sevgi

Çox vaxt gənclər sevgini digər hisslərlə (əgər buna hiss demək mümkündürsə) qarışdırırlar, bu qəbildən insanlara nəinki gəncləri həmçinin daha yaşlı nəsli də aid etmək olar. Tez-tez müxtəlif fikirlərlə rastlaşırıq hansi ki, sevginin ayrılıqda nə olduğunu özündə əks etdirirlər. Biz isə çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizcə daha dəqiq təsvirini verək. Həyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) və bəxşiş olunmuş sevgi (əsil sevgi).
Ehtiyac duyulan sevgi və ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı tərəfdən asılıdr, buna məcazi mənada "yetişməmiş” sevgi də demək olar. Həqiqətən də bu əsil sevgi deyil, sadəcə olaraq tələbdən irəli gəlir.
Siz qarşı tərəf üzərində hakimlik edir, bir sözlə ondan istifadə edirsiniz. Eyni hallar cütlər arasında qarşılıqlı olaraq davam edir.
Əgər siz kimdənsə istifadə edirisnizsə onda bunu sevgi adıandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Amma bu hadisələr doxsan doqquz faiz insanın həyatında baş verir, çünki insan ilk sevgisinə uşaqlıq dövründə rast gəlir.
Məsələn, uşaq dünyaya gəldikdə bir sözlə anasından asılı olur. Onun sevgisi çatışmazlıqdan irəli gəlir, çünki həmin an o ana şəfqətinə ehtiyac duyur və onsuz yaşaya bilmir. Uşaq anasını sevir, çünki ana onun həyatıdır. Amma əslində isə ortalıqda heç bir sevgi mövcud deyil. O, anasından nəinki həyatı üçün lazım olan südü eyni zamanda sevgini də əldə eləmişdir. Amma bu sevgi sadəcə olaraq tələbdən irəli gəlir.
Sonralar isə o hər hansı bir qadını sevəcək, baxmayaraq ki, sevdiyi qadın heç vaxt ananın verdiklərini ona qaytara bilməyəcəkdir.
Sevgi isə öz növbəsində - təbii sərvətdir, varlıqdır, bolluqdur. Yəni sizin o qədər çox ömrünüz var ki, bilmirsiniz bu qədər ömrü tək necə yaşamaq olar və ona görə ömrünüzü başqa biri ilə bölüşürsünüz.
Sevdiyiniz zaman daxilinizdəki hisslər aşıb daşır...
Fərz edin ki, boş bir otaqda oturmusunuz, ancaq daxilinizdəki o hissləri artiq bədəniniz saxlaya bilmir, hissləriniz bütün otağa yayılır və həmin boş otağı sevginin xoş təravəti ilə doldurur, bütün bunları heç kim bilmir, heç kim görmür və daş divarlar belə sizə bu hisslər üçün heç bir minnətdarlıq nişanəsini əks etdirmir. Amma bu heçdə vacib deyil. Ən əsası odur ki, siz özünüzü həyatda hamıdan xoşbəxt hiss edirsiniz.
Bir sözlə sevgi...
Sevgi- insanın daxili təəsüratlarıdır. Sevgi- passiv bir yoldur, hansı ki, bu yolda insan istədiyi hər bir şeyə sərf etdiyi əmək nəticəsində nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi- insanın özündə əziz və sevimli bir insan tipinin formalaşdırmaqdır. Bu yolda o sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir.
Bütün dünya onun gözlərində günü gündən daha da genişlənir və gözəlləşir. Əgər onun üçün əvvəllər ancaq iki rəng, ağ və qara mövcud idisə də, artiq o müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır.
Əlbəttə ki, sevginin ən gözəl əsərlərindən biri "uşaqdır”, hansı ki, sevgini daha da möhkəmləndirir və ölümsüzləşdirir.
Bəzən biz sevgini digər hisslərlə, hansı ki, sevdiyi insan üzərində hegemonluq etmək və ona sahib olmaq hissləri ilə qarışdırırıq...Yəni "Mən səni sevirəm” dedikdən dərhal sonra, başqa bir səs tonu ilə artıq nəsə umuruq... "Bəs sən məni...” Əlbəttə bu kimi hallarda əgər sevilən insan "qarşılıqlı” sözünü deməyə hazırdısa və həmçinin azad sevgiyə üstünlük verirsə burda heç bir problem ortalığa çıxmayacaqdır və sözsüz sizin də tələbiniz ona təzyiq göstərmək olacaqdır. Məhz bu kimi hallar sevgidə qarşılıqlı əlaqələri çətinləşdirir və bu əlaqələri daha kobud bir formaya salır.
"Hər şey gözəl davam edirdi, o cox diqqətli və qayğıkeş idi, onu güllər və hədiyyələrlə sevindirirdi, lakin sevdiyini etiraf etdikdən sonra artıq onun sevgidən gözlədiklərini yerinə yetirirdi: Məni öpərsənmi? və s.” Bütün bunları sevgi adlandırmaq qeyri-mümükündür, bu sadəcə olaraq məcazi mənada insanı satın almaq və onun hissləri ilə oynamaqdır.
Bəs onda əsil sevən insanı digərlərindən necə ayırmaq olar. Bizə görə həqiqətən sevən insan o insandır ki, sevməyi bacarır və sevir, yəni xoşbəxt bir şəkildə sevdiyi insana qayğı göstərir, və bunun əvəzində heç bir mükafat və ya haqq gözləmir.
Biz hamımız Adəm və Həvvanın hekayətini bilirik: necə ki, Allah Həvvanı Adəmin bir parçasından yaratmış, nəticə etibarı ilə Həvva Adəmin ikinci bir yarısi olumuşdur. Bunu deməkdə məqsədimiz odur ki, məhz sevgi də elə buna bənzəyir. Yəni sevgi iki nəfərə məxsus olmalıdır, hər iki tərəfdə onun bir parçası yaşamalı və biri-birini tamamlamalıdır.
Gəlin sizinlə bir hədəf çəkək- hansıki, bu hədəfdə sizin qəlbinizə daha yaxın olan insanı tapmağa çalışacağıq, amma çətin ki, belə bir insanı siz tez bir şəkildə tapa biləsiniz. Amma yenədə sınaqdan keçirməyə dəyər.
Hədəfin mərkəzində qey edilən variantıardan istifadə etməklə sizin qəlbinizə ən yaxın olan insanın kim olduğunu əks etdirməyə çalışın.

Variantlar:
• Maqnit- məni ona çəkir
• Əziz- məni yaxşı başa düşür
• Bərabər- mənim səviyyəmə uyğun olan
• Lazımlı- o mənə kömək edir
• Ailəcanlı- o mənə sabit ailə əlaqələri bəxş edir

Sizin şəxsi hədəfiniz

Maraqlıdır ki, siz yuxarida nə yazmısınız? Hədəfi necə doldurmusunuz? Belə ki, yuxarıda "mənə görə ən ideal insan nə deməkdir” mövzusuna necə cavab verməyinizdən asılı olmayaraq, deməliyik ki, cavabıninz səhvdir. Çünki, ümumiyyətlə burda heç bir düzgün cavab yoxdur.
Amma minimal bir diaqnostikaya müraciət etmək mümkündür. Siz yazmısınız ki, sizə uyğun olan insan sizə əziz olandır? Bu o deməkdir ki, sizdə bir az sevgi çatışmazlığı var. Əgər sizi hər şeydən çox "maqnit” maraqlandırırsa, yəni siz istəyirsiniz ki, kimsə sizi çəksin, deməli siz sadəcə olaraq həzz almağı və bütün reallıqlardan uzaqlaşmağı xoşlayırsınız. Əgər "lazımlı” bölməsini seçibsinizsə deməli siz təcrübəyə və gündəlik həyatınızdakı uğurlara üstünlük verirsiniz. "Ailəcanlı” və "Bərabər” bölmələrinin seçilməsi isə ondan xəbər verir ki, siz adət ənənələri qiymətləndirir və məcazi dildə desək başınızın ağrımasını istəmirsiniz.
İndi isə bir az diqqətli olun. Kədərlənəcəksiniz çünki, bu hədəf o insanlara aiddir ki, onlar üçün ən sevimli insan, onlara daha az təzyiq edən, əvəzinə daha çox qayğı göstərəndir. Bir sözlə bu insanların məqsədi qarşı tərəfdən faydalanmaqdır.
Suallarlaa əhatə olunmuş "hədəf” isə sadəcə sınaq məqsədini daşıyırdı.
Həqiqtən də, fikirləşin ki, siz xoşbəxtsiniz və kimisə dərin məhəbbətlə sevirsiniz... Siz gülürsünüz və sizin qəlbiniz saf bir məhəbbətlə əhatələnib.
Xoşbəxtsiniz və istəyirsiniz ki, bu xoşbəxtliyi sevdiyiniz insanla və ətrafınızdakı bütün insanlarla bölüşəsiniz.
Təsvir olunmuş "hədəf” göstərir ki, siz qarşı tərəfdən nə isə umursunuz. Amma sevən insan o insandır ki, qarşı tərəfdən heç bir şey ummur, əksinə ona vermək istəyir. Çünki sevən insan fikirləşmir ki, sevgidən nə qədər qənimət əldə edəcək, o fikirləşir ki, nə qədr bəxş edecək...
Yuxarıda qeyd olunmuş məqalə sizə öz hisslərinizi cilovlamağa kömək edecəkdir. Ən əsası isə, siz "sevən” yoxsa "istifadə edən” olduğunuzu müəyyən edəcəksiniz.
Sonda sevgi haqqında təsəvvürlərimi Xəlil Cəbranın sözləri ilə tamamlamaq istəyirəm. "İki sevgili hər hansı bir binanın sütünlarına oxşayır. Sütunlar bir-birindən bir qədər aralı olsalar da, bir yerdədilər və bir binanın dam örtüyünü saxlayırlar. Əgər sütunlardan hər hansı birini yaxınlaşdırsaq bina silkələnəcək və dam örtüyü dağılacaqdır. Məhz, sevgililər də bir-birindən bir qədər aralı olmalı, amma birlikdə nəyisə saxlamağa çalışmalıdırlar.



Yükləyib: ADMIN2012-Sentyabr-28 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar